azenru

Standart Paket

28.02.2023
Standart Paket
Hüquq şirkətimiz Standart paketi çərcivəsində aşağıdakı hüquqi xidmətləri təqdim edir:
 
Kommersiya hüququ :
 

– Mülkiyyət hüquqlarının qeydiyyatı, mülkiyyətçinin hüquqlarının üçüncü şəxslərin qanunsuz hərəkətlərindən müdafiəsi,

– Hüquqi şəxslərin təsərrüfat subyektlərinin uçota alınması,

– Şirkətin əmlak və qeyri-əmlak hüquqlarının, işgüzar nüfuzunun müdafiəsi,

– Şirkətin fəaliyyəti ilə əlaqədar təsərrüfat və diğər sahələrdə yaranan mübahisələrin məhkəmədənkənar ( danışıqlar, sorğuların verilməsi, digər qanuni üsullarla ) nizamlanması.

 
Korporativ hüquq :
 

– Hüquqi şəxslərin təsis və daxili korporativ sənədlərinin hazırlanması,

– Xarici və yerli hüquqi şəxsin filial və nümayəndəliyinin təsis edilməsi,

– Hüquqi şəxslərin qeydiyyatı, hüquqi şəxsin bütün formalarının birləşmə, ayrılma, bölünmə və ləğvi prosedurlarının həyata keçirilməsi və hüquqi şəxslərin gələcək fəaliyyətinin hüquqi konsaltinqi, – Dövlət orqanları ilə qarşılıqlı əlaqəlarin nizamlanmasi sahəsində məsləhətlərin verilməsi və zəruri sənədlərin hazırlanması.

– Lisenziya və icazələrin alınması

– Şirkətin fəaliyyətinə dair qanunvericiliyin monitorinqi və tərtib edilmiş bütün növ sənədlərin qanunvericiliyin tələblərinə uygunlugunun yoxlanılması,

– Şirkət fəaliyyətinə uygun standart (tipik) sənəd (vəzifə təlimatları, əmək müqavilələri və s.) nümunələrinin tərtib olunması.

 
Müqavilə hüququ :
 

– Bütün növ (həmçinin beynəlxalq) müqavilələrin hazırlanması, ləğvi,

– Müqavilələrin bağlanması, icrası, dəyişdirilməsi vəya xitamı ilə bağlı mübahisələrin həlli.

– Standart şərtlı müqavilələrin bağlanmasında əlavələrin hazırlanması.

 
İqtisadi mübahisələr :
 

– Şirkətin iqtisadi fəaliyyəti ilə bağlı mübahisələrin məhkəməyəqədər həlli (pretenziya və sorğuların verilməsi),

– Şirkətin iqtisadi fəaliyyəti ilə bağlı inzibati, cinayət işləri üzrə hüquq mühafizə və nəzarət edici dövlət orqanlarında hüquq və qanuni mənafelərinin müdafiəsi,

– Sığorta ödənişləri ilə bağlı hüquqi prosedurda müşayiət.

 
Əmtəə nişanlarının qeydiyyatı və əqli mülkiyyət:
 

– Əmtəə nişanlarının qeydiyyatı (ölkə daxili və beynəlxalq),

– Müəlliflik və əlaqəli hüquqların qeydiyyatı, realizəsi və müdafiəsi,

 
Miqrasiya xidmətləri :
 

– Şirkətin əcnəbi işcilərinin qeydiyyat və daimi/müvəqqəti yaşayış icazələrinin alınması, yaşayış müddətinin uzadılması,

– Əcnəbi vətandaşların olduğu yer üzrə qeydiyyatı,

– Əcnəbilər üçün iş icazələrinin alınması,

– Viza müddətinin uzadılması.

Şərhlər

İlk şərhi siz yazın .

Whatsapp
Arbitro
Arbitro
Salam! Siz Arbitro hüquq şirkətinə müraciət etmisiniz, sizə necə yardımcı ola bilərik?