azenru

Premium Paket

28.02.2023
Premium Paket

 
Hüquq şirkətimiz Premium paketi çərcivəsində aşağıdakı hüquqi xidmətləri təqdim edir:
 
 
Kommersiya hüququ :
 
 

– Problemli debitor borcların tələbi və alınması ilə bağlı hüquqi prosedurun aparılması,
– Mülkiyyət hüquqlarının qeydiyyatı, mülkiyyətçinin hüquqlarının üçüncü şəxslərin qanunsuz hərəkətlərindən müdafiəsi,
– Şirkətin əmlak və qeyri-əmlak hüquqlarının, işgüzar nüfuzunun müdafiəsi,
– Şirkətin fəaliyyəti ilə əlaqədar təsərrüfat və diğər sahələrdə yaranan mübahisələrin məhkəmədən kənar ( danışıqlar, sorğuların verilməsi, digər qanuni üsullarla) nizamlanması.

 
Korporativ hüquq :
 
 

– Xarici və yerli hüquqi şəxsin filial və nümayəndəliyinin təsis edilməsi,
– Hüquqi şəxslərin qeydiyyatı, hüquqi şəxsin bütün formalarının birləşmə, ayrılma, bölünmə və ləğvi prosedurlarının həyata keçirilməsi və hüquqi şəxslərin gələcək fəaliyyətinin hüquqi konsaltinqi,
– Hüquqi şəxslərin təsərrüfat subyektlərinin uçota alınması,
– Hüquqi şəxslərin təsis və daxili korporativ sənədlərinin hazırlanması,
– Dövlət orqanları ilə qarşılıqlı əlaqəlarin nizamlanmasi sahəsində məsləhətlərin verilməsi və zəruri sənədlərin hazırlanması.
– Lisenziya və icazələrin alınması
– Şirkətin fəaliyyətinə dair qanunvericiliyin monitorinqi və tərtib edilmiş bütün növ sənədlərin qanunvericiliyin tələblərinə uygunlugunun yoxlanılması,
– Şirkət fəaliyyətinə uygun standart (tipik) sənəd (vəzifə təlimatları, əmək müqavilələri və s.) nümunələrinin tərtib olunması.

 
Müqavilə hüququ:
 
 

– Bütün növ (həmçinin beynəlxalq) müqavilələrin hazırlanması, ləğvi,
– Müqavilələrin bağlanması, icrası, dəyişdirilməsi vəya xitamı ilə bağlı mübahisələrin həlli,
– Standart şərtlı müqavilələrin bağlanmasında əlavələrin hazırlanması.

 
İqtisadi mübahisələr, məhkəmələrdə təmsil:
 
 

– Şirkətin iqtisadi fəaliyyəti ilə bağlı mübahisələrin məhkəməyəqədər həlli. (pretenziya və sorğuların verilməsi),
– Şirkətin qanuni maraqlarının bütün məhkəmə instansiyalarında müdafiəsi,
– Şirkətin iqtisadi fəaliyyəti ilə bağlı inzibati və cinayət işləri üzrə hüquq mühafizə və nəzarət edici dövlət orqanlarında hüquq və qanuni mənafelərinin müdafiəsi,
– Məhkəmə qərarlarının icra icraatında müşayiət olunması. (Bank hesabları və əmlak üzərinə qoyulmuş həbslərin götürülməsi və s. ),
– Sığorta ödənişləri ilə bağlı hüquqi prosedurda müşayiət.

 
Əmtəə nişanlarının qeydiyyatı və əqli mülkiyyət:
 
 

– Əmtəə nişanlarının qeydiyyatı (ölkə daxili və beynəlxalq),
– Faydalı model və kəşflərin patentləşdirilməsi ( ölkə daxili və beynəlxalq),
– Sənaye nümunələrinin patentləşdirilməsi,
– Müəlliflik və əlaqəli hüquqların qeydiyyatı, realizəsi və müdafiəsi,
– Əmtəə nişanlarının qeydiyyatı və əqli mülkiyyət sahəsində yaranan mübahisələrin həlli üzrə məhkəmələrdə təmsil .

 
Miqrasiya xidmətləri :
 
 

– Şirkətin əcnəbi işcilərinin qeydiyyat və daimi/müvəqqəti yaşayış icazələrinin alınması, yaşayış müddətinin uzadılması,
– Əcnəbi vətandaşların, olduğu yer üzrə qeydiyyatı,
– Əcnəbilər üçün iş icazələrinin alınması,
– Viza müddətinin uzadılması.

Şərhlər

İlk şərhi siz yazın .

Whatsapp
Arbitro
Arbitro
Salam! Siz Arbitro hüquq şirkətinə müraciət etmisiniz, sizə necə yardımcı ola bilərik?