Bakı, Binəqədi rayonu, 9-cu mkr., Həmzə Babaşov küçəsi 15/21 info@arbitro.az B.e. – Cümə: 09:00 – 18:00
ABUNƏ XİDMƏTLƏRİ

Standart paket

Kiçik və yeni fəaliyyətə başlayan bizneslər üçün əsas hüquqi dəstək.

Hüquq şirkətimiz Standart paketi çərçivəsində aşağıdakı hüquqi xidmətləri təqdim edir:

Kommersiya hüququ

  • Mülkiyyət hüquqlarının qeydiyyatı, mülkiyyətçinin hüquqlarının üçüncü şəxslərin qanunsuz hərəkətlərindən müdafiəsi
  • Hüquqi şəxslərin təsərrüfat subyektlərinin uçota alınması
  • Şirkətin əmlak və qeyri-əmlak hüquqlarının, işgüzar nüfuzunun müdafiəsi
  • Şirkətin fəaliyyəti ilə əlaqədar yaranan mübahisələrin məhkəmədənkənar (danışıqlar, sorğular, digər qanuni üsullarla) nizamlanması

Korporativ hüquq

  • Hüquqi şəxslərin təsis və daxili korporativ sənədlərinin hazırlanması

Müqavilə hüququ

  • Bütün növ (həmçinin beynəlxalq) müqavilələrin hazırlanması, ləğvi

Mübahisələrin həlli və məhkəmə təmsilçiliyi

  • Şirkətin iqtisadi fəaliyyəti ilə bağlı mübahisələrin məhkəməyəqədər həlli (pretenziya və sorğular)

Əqli mülkiyyət

  • Əmtəə nişanlarının qeydiyyatı (ölkə daxili və beynəlxalq)

Miqrasiya hüququ

  • Əcnəbi işçilərin qeydiyyatı, daimi/müvəqqəti yaşayış icazələrinin alınması və müddətin uzadılması