Hüquq şirkətimiz Premium paketi çərçivəsində aşağıdakı hüquqi xidmətləri təqdim edir:
Kommersiya hüququ
- Problemli debitor borclarının tələbi və alınması ilə bağlı hüquqi prosedurun aparılması
- Mülkiyyət hüquqlarının qeydiyyatı, mülkiyyətçinin hüquqlarının üçüncü şəxslərin qanunsuz hərəkətlərindən müdafiəsi
- Şirkətin əmlak və qeyri-əmlak hüquqlarının, işgüzar nüfuzunun müdafiəsi
- Şirkətin fəaliyyəti ilə əlaqədar yaranan mübahisələrin məhkəmədənkənar (danışıqlar, sorğular, digər qanuni üsullarla) nizamlanması
Korporativ hüquq
- Xarici və yerli hüquqi şəxsin filial və nümayəndəliyinin təsis edilməsi
- Hüquqi şəxslərin qeydiyyatı, birləşmə, ayrılma, bölünmə və ləğv prosedurları və gələcək fəaliyyətin hüquqi konsaltinqi
- Hüquqi şəxslərin təsərrüfat subyektlərinin uçota alınması
- Hüquqi şəxslərin təsis və daxili korporativ sənədlərinin hazırlanması
- Dövlət orqanları ilə qarşılıqlı əlaqələrin nizamlanması üzrə məsləhət və zəruri sənədlərin hazırlanması
- Lisenziya və icazələrin alınması
- Qanunvericiliyin monitorinqi və bütün sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanılması
- Standart (tipik) sənəd nümunələrinin (vəzifə təlimatları, əmək müqavilələri və s.) tərtibi
Müqavilə hüququ
- Bütün növ (həmçinin beynəlxalq) müqavilələrin hazırlanması, ləğvi
- Müqavilələrin ekspertizası, bağlanması, icrası, dəyişdirilməsi və ya xitamı ilə bağlı mübahisələrin həlli
- Standart şərtli müqavilələrin bağlanmasında əlavələrin hazırlanması
Mübahisələrin həlli və məhkəmə təmsilçiliyi
- Şirkətin iqtisadi fəaliyyəti ilə bağlı mübahisələrin məhkəməyəqədər həlli (pretenziya və sorğular)
- Şirkətin qanuni maraqlarının bütün məhkəmə instansiyalarında müdafiəsi
- İqtisadi fəaliyyətlə bağlı inzibati və cinayət işləri üzrə hüquq mühafizə və nəzarət orqanlarında müdafiə
- Məhkəmə qərarlarının icra icraatında müşayiət (bank hesabları və əmlak üzərinə qoyulmuş həbslərin götürülməsi və s.)
- Sığorta ödənişləri ilə bağlı hüquqi prosedurda müşayiət
Miqrasiya hüququ
- Əcnəbi işçilərin qeydiyyatı, daimi/müvəqqəti yaşayış icazələrinin alınması və müddətin uzadılması
- Əcnəbi vətəndaşların olduğu yer üzrə qeydiyyatı
- Əcnəbilər üçün iş icazələrinin alınması
- Viza müddətinin uzadılması