azenru

KEYFİYYƏT SİYASƏTİ

Ana səhifə » KEYFİYYƏT SİYASƏTİ

 “ARBİTRO” hüquq şirkəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada rəsmi qeydiyyatdan keçməklə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda inamla irəliləyən ölkəmizdə vətəndaşların və hüquqi şəxslərin hüquqi problemlərinin həllinə, hüquq və qanuni mənafelərinin müdafiəsinə töhfə vermək məqsədi ilə 2019-cu ildə təsis edilmiş və təsis edildiyi gündən etibarən əldə etdiyi nailiyyətlərlə ölkəmizin nüfuzlu hüquq şirkətlərindən birinə çevrilmişdir.

ARBİTRO peşəkar komandası ilə müştəriləri üçün ən uyğun hüquqi həll yollarını ən keyfiyyətli şəkildə təmin etməyi qarşısına məqsəd qoymuşdur. Komandamız xidmət göstərərkən keyfiyyətin davamlılığının təmin olunması üçün hüquqi yenilikləri yaxından təqib edərək mövcud problemlərə həll yolu tapmaqla yanaşı, problemlər ortaya çıxmadan onların qarşısını almağı da hədəfləyir. Şirkətimiz müştərilərin hüquqi problemlərini mənimsəyərək nəticə yönümlü yanaşma ilə fiziki şəxslərin və qeyri-kommersiya qurumlarının vəkalət işlərini görməkdə, sahibkarların və kommersiya hüquqi şəxslərin isə biznesinin vəkili rolunda çıxış etməkdədir.

İxtisaslaşmış və kifayət qədər təcrübəsi olan komandamız kommerisya hüquqi şəxslərə və sahibkarlara şirkətlər hüququ, ticarət (kommersiya) hüququ, müqavilələr hüququ, əmək hüququ, əqli mülkiyyət hüququ, miqrasiya hüququ, vergi hüququ, gömrük hüququ, inzibati icraat, lisenziya, sertifikat və digər sahələrdə hüquqi məsləhətlər verir, müvafiq sənədləri, müqavilələri tərtib edir, onların ekspertizasını həyata keçirir, rəy verir, problemlərin həll yollarını təklif edir, müştərini daxili və xarici hüquq münasibətlərində, dövlət orqanlarında və məhkəmələrdə təmsil edir.

Bundan əlavə şirkətimiz qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə də cinayət hüququ, inzibati hüquq, sığorta hüququ, qeyri-əmlak hüququ, əşya hüququ, ailə hüququ, vərəsəlik hüququ, sosial təminat hüququ, istehlak hüququ və digər sahələrdə hüquq xidməti göstərir, onların hüquq və qanuni mənafelərini dövlət orqanlarında və məhkəmələrdə müdafiə edir.

“ARBİTRO” hüquq şirkətinin İSO 9001:2015 İdarəetmə Sistemi göstərilən xidmətin keyfiyyətinə aid olan bütün mərhələlərdə Keyfiyyətin Təminatı üzrə Rəhbər Təlimatın, keyfiyyət sisteminin uyğun prosedurlarının, işçi təlimatların və səmərəlilik göstəricilərinin istifadəsini əhatə edir.

Keyfiyyət idarəetmə sisteminin tətbiqi, yaxşılaşdırılması və standartın prinsipləri istiqamətində hərəkət edilməsi təşkilatın əsas məqsədidir.

“ARBİTRO” hüquq şirkətində bütün fəaliyyətlər risk idarəetmə yanaşması əsasında həyata keçirilir.

Sistemin tətbiqinin uğurla nəticələnməsi “ARBİTRO” hüquq şirkətinin bütün işçilərindən davamlı inkişaf siyasətinə həm fərdi və kollektiv çalışqanlıq vasitəsi ilə uyğun olmaq, həm də işçilərin və müştərilərin mövqeyinin öyrənilməsi və nəzarəti üzrə öhdəlik tələb edir.

  “ARBİTRO” hüquq şirkəti aşağdakı prinsiplərə təminat verməklə göstərdiyi xidmətlərin keyfiyyətinə zəmanət verir.

  • İş vaxtlarında telefon nömrələrimizə zəng edərək, elektron poçt adresimizə, sosial şəbəkə hesablarımıza mesaj yazaraq və ya ofisimizə gələrək bizimlə birbaşa əlaqəyə keçə bilərsiniz (əlçatanlıq prinsipi);
  • Milliyyətindən, dinindən, dilindən, cinsindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, siyasi partiyalara və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bizə müraciət edən bütün müştərilərin müraciətini cavablandırır, bütün müştərilərə bərabər imkanlar təqdim edir və hər kəsə xidmət göstəririk (bərabərlik prinsipi);
  • Qəbul etdiyimiz bütün müraciətləri mümkün olan ən qısa müddətdə cavablandırırıq, xidmətləri mümkün olan ən qısa müddətdə icra edirik (operativlik prinsipi);
  • Müştərilərimizin işlərini davamlı nəzarətdə saxlayır, təqib edir və işin gedişatı barədə onları mütəmadi məlumatlandırırıq (nəzarət);
  • Müştəri rəylərinə xüsusi əhəmiyyət veririk və onlardan müsbət geri dönüş almağı hədəfləyirik (məmnunluq);
  • Müştərilərimizə xidmət göstərərkən onlardan yalnız xidmət üçün lazım olan məlumatları və sənədləri tələb edir, müştərinin razılığı olmadan məlumat və sənədləri üçüncü şəxslərə ötürmürük (konfidensiallıq prinsipi);
  • Xidmətin dəyərindən asılı olmayaraq bütün işlərə eyni ciddiyyətlə yanaşırıq (ciddiyyət);
  • Xidmətin həyata keçirilməsi zamanı xidmətə cəlb edilməyən digər komanda üzvlərimizlə daim məşvərət edirik (məşvərət prinsipi);
  • Hansı hüquq sahəsindən asılı olmayaraq işimizdə və hüquqi məsləhətlərimizdə digər hüquq sahələrinin də tələblərini nəzərə alırıq (kompleks xidmət prinsipi);
  • Müştərilərimizə qabaqcadan nəticə vəd etmirik və işlərin həlli barədə real ehtimalları bildiririk (dürüstlük prinsipi);

Keyfiyyətin təmin edilməsində başda rəhbərlik olmaqla şirkət daxilində mövcud olan bütün struktur bölmələrinin rəhbər və işçi heyəti, həmçinin sahibkarlar, əmək bazarının nümayəndələri və digər maraqlı tərəflər iştirak edirlər. Hər bir struktur bölməsinin rəhbər və işçiləri normativ sənədlərlə müəyyənləşdirilən və təlimlərlə izah olunan öhdəlik və məsuliyyətləri çərçivəsində şirkət daxilindəki keyfiyyət təminatı işlərində öz funksiyalarını yerinə yetirir. Şirkət daxilində keyfiyyətin təmin olunması üçün istər mənəvi, istərsə də maddi dəstəyi bütün struktur bölmələrindən əsirgəmir.

          “ARBİTRO” şirkəti fəaliyyət proqramlarının hazırlanması və yenilənməsi zamanı müasir çağırışları və davamlı inkişafı nəzərə alaraq cəmiyyət üçün faydalı olmağa eyni zamanda müştərilər üçün müasir tələblərə cavab verən metodlar əsasında keyfiyyətli xidmət göstərməyi hədəfləyir. Şirkətin keyfiyyətli idarəetmə sistemi qurmaqdaki siyasətini təkcə müştərilərə keyfiyyətli xidmət göstərilməsi, imicinin yüksəldilməsi təşkil etmir. “ARBİTRO” şirkəti cəmiyyət üçün savadlı və təcrübəli hüquqşünasların yetişdirilməsində də mühüm rol oynayır. Gənc hüquqşünaslara iş imkanı yaratmaq, onlara öz ixtisasları üzrə karyera qurmaq, zəif və güclü tərəflərini aşkara çıxarmaq, cəmiyyətdə aktiv iştirak etmək və onlar üçün faydalı olmaq, həmçinin analitik düşüncə qabiliyyətini formalaşdırmaq da şirkətin siyasətinin və hədəflərinin bir parçasıdır.

ARBİTRO” şirkətinin rəhbəri Aşağıdakı prinsipləri nəzərə alaraq siyasətini maraqlı tərəflərə çatdırır.

  • Müştərinin gözləntilərini (qanunvericilik istiqamətində), cavabdehlik və məmnunluğunu ölçmək
  • Müştəri  tələblərini ödəyən və bu tələbləri üstələyən xidmət təminatı vasitəsi ilə müştərilərin sayını və davamlı müştəri bazasını artırmaqdır
  • İşçilərimizin bilik və bacarıqlarının artırılmasını məqsəd kimi qarşıya qoyuruq.
  • İdarəetmə Sisteminin inkişafına şirkətin bütün səviyyələri üzrə həyata keçirilməsi və ona nəzarətin yerinə yetirilməsi vasitəsi ilə nail oluna bilər.

 “ARBİTRO” şirkətinin rəhbərliyi şirkətin göstərdiyi xidmətlərin keyfiyyətinin davamlı şəkildə təkmilləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərməyi öhdəsinə götürür

Whatsapp
Arbitro
Arbitro
Salam! Siz Arbitro hüquq şirkətinə müraciət etmisiniz, sizə necə yardımcı ola bilərik?