5 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Həmin sərəncamda nəzərdə tutulmuşdur ki, Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilsin. Bundan əlavə Azərbaycan Respublikasının Nazirlər Kabineti əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini və sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Həmçinin bütün bunların məntiqli davamı olaraq da “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib. Siz də Alimentin miqdarını artırmaq istəyirsizsə, bizə müraciət edə bilərsiniz. Qanunvericilikdə baş vermiş dəyişikliklərlə bağlı məlumatlı olmaq istəyirsinizsə bizi izləyin.
Şərhlər