azenru

Təsərrüfat sahəsinə edilən güzəştlərin, güzəştli kreditlər

15.12.2020
Təsərrüfat sahəsinə edilən güzəştlərin, güzəştli kreditlər

Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasına əsasən, subsidiya dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaitidir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 27 iyun 2019-cu ildə “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərman imzalamışdır. Həmin fərmanla “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” təsdiq edilib. Həmin qaydalar ilə subsidiyaların verilməsi qaydaları, şərtləri, hansı sahələrə subsidiyanın verilməsi məsələləri öz əksini tapır. Eyni zamanda Azərbaycan Respublikası Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə” qaydalarında kənd təsərrüfatı sahəsinə edilən güzəştlərin, güzəştli kreditlərin verilməsi qaydaları, Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitdən istifadə mexanizmi müəyyən edilmişdir. Əgər siz də, subsidiya, güzəştli kreditlər və başqa dövlət güzəştlərindən xəbərdar olub, bunun üçün müraciət etmək istəyirsizsə, bizimlə əlaqə saxlayın.

Şərhlər

İlk şərhi siz yazın .

Whatsapp
Arbitro
Arbitro
Salam! Siz Arbitro hüquq şirkətinə müraciət etmisiniz, sizə necə yardımcı ola bilərik?