azenru

Biznes (İmtiyazlı) Paket

Ana səhifə » Biznes (İmtiyazlı) Paket
Hüquq şirkətimiz imtiyazlı müştərilərimiz üçün Biznes paketi çərcivəsində aşağıdakı hüquqi xidmətləri təqdim edir:
 
Kommersiya hüququ :
 

– Şirkətin problemli debitor borclarının tələbi və alınması ilə bağlı hüquqi prosedurun aparılması,
– Mülkiyyət hüquqlarının qeydiyyatı, mülkiyyətçinin hüquqlarının üçüncü şəxslərin qanunsuz hərəkətlərindən müdafiəsi,
– Şirkətin əmlak və qeyri-əmlak hüquqlarının, işgüzar nüfuzunun müdafiəsi,
– Şirkətin fəaliyyəti ilə əlaqədar təsərrüfat və diğər sahələrdə yaranan mübahislərin məhkəmədənkənar ( danışıqlar, sorğuların verilməsi, digər qanuni üsullarla) nizamlanması.

 
Korporativ hüquq :
 

– Hüquqi şəxslərin təsis və daxili korporativ sənədlərinin hazırlanması,
– Hüquqi şəxslərin təsərrüfat subyektlərinin uçota alınması,
– Xarici və yerli hüquqi şəxsin filial və nümayəndəliyinin təsis edilməsi,
– Hüquqi şəxslərin qeydiyyatı, hüquqi şəxsin bütün formalarının birləşmə, ayrılma, bölünmə, ləğvi prosedularının həyata keçirilməsi və hüquqi şəxslərin gələcək fəaliyyətinin hüquqi konsaltinqi,
– Dövlət orqanları ilə qarşılıqlı əlaqəlarin nizamlanmasi sahəsində məsləhətlərin verilməsi və zəruri sənədlərin hazırlanması,
– Lisenziya və icazələrin alınması,
– Şirkətin fəaliyyətinə dair qanunvericiliyin monitorinqi və tərtib edilmiş bütün növ sənədlərin qanunvericiliyin tələblərinə uygunlugunun yoxlanılması,
– Şirkət fəaliyyətinə uygun standart (tipik) sənəd (vəzifə təlimatları, əmək müqavilələri və s) nümunələrinin tərtib olunması.

 
Müqavilə hüququ:
 

– Bütün növ (həmçinin beynəlxalq) müqavilələrin hazırlanması, ləğvi,
– Müqavilələrin ekspertizası, bağlanması, icrası, dəyişdirilməsi vəya xitam ilə bağlı mübahisələrin həlli,
– Standart şərtlı müqavilələrin bağlanmasında əlavələrin hazırlanması.

 
İqtisadi mübahisələr, məhkəmələrdə təmsil:
 

– Şirkətin iqtisadi fəaliyyəti ilə bağlı mübahislərəlin məhkəməyə qədər həlli (pretenziya və sorğuların verilməsi),
– Şirkətin qanuni maraqlarının bütün məhkəmə instansiyalarında müdafiəsi,
– Şirkətin iqtisadi fəaliyyəti ilə bağlı inzibati və cinayət işləri üzrə hüquq mühafizə və nəzarət edici dövlət orqanlarında hüquq və qanuni mənafelərin müdafiəsi,
– Məhkəmə qərarlarınin icra icraatında müşayiət. (Bank hesabları və əmlak üzərinə qoyulmuş həbslərin götürülməsi və s. ),
– Sığorta ödənişləri ilə bağlı hüquqi prosedurda müşayiət.

 
Əmtəə nişanlarının qeydiyyatı və əqli mülkiyyət :
 

– Əmtəə nişanlarının qeydiyyatı (ölkə daxili və beynəlxalq),
– Faydalı model və kəşflərin patentləşdirilməsi ( ölkə daxili və beynəlxalq),
– Sənaye nümunələrinin patentləşdirilməsi,
– Müəlliflik və əlaqəli hüquqların qeydiyyatı, realizəsi və müdafiəsi,
– Əmtəə nişanlarının qeydiyyatı və əqli mülkiyyət sahəsində yaranan mübahisələrin həlli üzrə məhkəmələrdə təmsil ,
– İSO keyfiyyət sertifikatlarının alınması .

 

Miqrasiya xidmətləri :
 

– Şirkətin əcnəbi işcilərinin qeydiyyat və daimi/müvəqqəti yaşayış icazələrinin alınması,yaşayış müddətinin uzadılması,
– Əcnəbi vətandaşların olduğu yer üzrə qeydiyyatı,
– Əcnəbilər üçün iş icazələrinin alınması,
– Viza müddətinin uzadılması.

Şirkətin rəhbərinə göstəriləcək hüquqi xidmətlər :
 

– Problemli debitor borcların tələbi və alınması ilə baglı hüquqi prosedurun aparılması,
– Mülki və ailə hüququ sahəsində məsləhətlər,
– Daşınar və daşınmaz əmlakın idarəçilyi ilə baglı məsləhətlər,
– Notarial xidmətlərin göstərilməsi ilə bağlı müşayiət,
– İnzibati, cinayət işləri üzrə hüquq mühafizə və nəzarətedici dövlət orqanlarında hüquq və qanuni mənafelərin müdafiəsi.
– Ailə, Əmək və Kommersiya mübahisələri ilə bağlı mediasiyada müşayiət.
– Bütün məhkəmə instansiyalarinda hüquq şirkətimizin vəkili ilə təmsil.

 

Whatsapp
Arbitro
Arbitro
Salam! Siz Arbitro hüquq şirkətinə müraciət etmisiniz, sizə necə yardımcı ola bilərik?