Haqqımızda

  • Hər gün yeni islahatlarla ölkəmiz sürətlə istər beynəlxalq müstəvidə, istərsə də daxili qanunveriçilikdə daha da təkmilləşir.Təbii olaraq hüququn söz sahibi olmadığı cəmiyyətdə, anarxiya,özbaşınalıq və ədalətsizlik höküm sürər.Bu nöqteyi nəzərdən ölkəmizdə hüququn ağırlığ günü-gündən daha çox hiss edilir.Qanunların bilinməməsi heç kimi məsuliyyətdən azad etmədiyi kimi,öz haqqını müdafiə də edə bilmirsən.Hər bir fiziki və hüquqi şəxs öz hüquq və məsulliyyətlərini bilmək məcburiyyətindədir. Hər bir vətəndaşın şəxsi hüquq müşaviri və hər bir hüququ şəxsin müstəqil hüquqçusunun, iqtisadi və profissonallıq cəhətdən olması mümkün deyildir.Bu təbii ehtiyaçdan şirkətimiz həm kommersiya və kooperativ hüquqi məsələlərdə,müştərilərinə hər tərəfli hüquqi dəstək və konsultasiyanın verilməsini , xarici fiziki şəxslərə ailə, əmək münasibətləri, miqrasiya, vərəsəlik, xarici məhkəmə qərarlarının tanınması və icrası istiqamətində hüquqi məsləhət və hüquqi təmsilçilik xidmətləri göstərir.

    Qanunveriçiliyin dərindən bilinməsi ilə, məhkəmə işi və praktikası, dövlət orqanlarının yanaşması ilə yaxından tanışlıq, biznes təşviqi islahatlarında iştirak və biznesin dövlət qurumlarında təmsil olunmasını təmin edirik..

    Şirkətimiz müqavilə danışıqlarında (müştərinin təmsil və müşayiət olunması), müqavilələrin hazırlanmasında, FIDIC müqavilələri də daxil olmaqla iri məbləğli (çoxmilyonlu) müqavilələrin təhlilində, mübahisələrin həlli və borcların alınması işlərində kifayət qədər təcrübəlidirlər.Həmcinin əmtəə nişanlarının alınmasında,lisenziyalaşması və lazimi sertifikatla təmin edilməsində öz xidmətlərini təklif edir. Həmçinin müştəriləri vergi və gömrük güzəştləri də daxil olmaqla müvafiq azadolma imkanları, azad zonalar və digər təşviq təşəbbüsləri barəsində məlumatlandırır.

© 2019, All Rights Reserved, Design & Developed By: WebExpert.az