azenru

Vəkil günü

28.12.2022
Vəkil günü

Azərbaycan Respublikasının Konstitusiyasına görə, Hər kəsin hüquqi yardım almaq hüququ var. Bu hüququmuzu realizə etmək üçün hamımızın vəkillərə ehtiyacı vardır. Azərbaycan Respublikasının Prezidentinin “Vəkil günü” peşə bayramının təsis edilməsi haqqında 25 dekabr 2019-cu il sərəncamı ilə 28 dekabr ölkəmizdə “Vəkil günü” kimi qeyd olunur. Vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Vəkillik yüksək hüquqi peşəkarlıqla yanaşı vicdanlıq və digər mənəvi keyfiyyətlər tələb edir. Hər gün yorulmadan hüquqlarımızı müdafiə edən vəkillərə təşəkkür edir, uğur, səbr, ədalət arzulayırıq. Şirkətimiz adından başda “ARBİTRO” Hüquq şirkətinin vəkil heyəti olmaqla, Müdafiə hüququnun təmsilçiləri olan bütün vəkilləri “Vəkil günü” münasibətilə təbrik edirik.

Şərhlər

İlk şərhi siz yazın .

Whatsapp
Arbitro
Arbitro
Salam! Siz Arbitro hüquq şirkətinə müraciət etmisiniz, sizə necə yardımcı ola bilərik?