azenru

Haqqımızda

Ana səhifə » Haqqımızda

 

“Arbitro” şirkəti Azərbaycan Respublikasının qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmi qeydiyyatdan keçərək hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda inamla irəliləyən dövlətimizdə vətəndaşların və hüquqi şəxslərin hüquqi problemlərinin həllində, hüquq və qanuni mənafelərinin hüquqi müdafiəsində töhfə vermək məqsədi ilə təsis edilmişdir. Şirkətimizin fəaliyyətinin əsası sahibkarlarımızın həlledilməz hesab etdiyi problem – bizim üçün gündəlik qarşılaşdığımız rutin vəziyyətdir tezisidir. “Arbitro” şirkəti fəaliyyətində aşağıdaki prinsiplərə təminat verir: – Bütün insan və vətəndaşlar üçün əlçatanlıq; – operativlik; – konfidensiallıq; – kompleks xidmət; – şəffaflıq və dürüstlük. Şirkətin təsis olunmasından qısa müddət keçməsinə baxmayaraq hüquqi fəaliyyət sferasında mühüm uğurlara imza atmışdır. Bu uğurların təməlində sözsüz ki, təcrübəli əməkdaşların gərgin əməyi dayanır. Firmanın əsas fəaliyyəti hüquqi şəxslərə müxtəlif növ hüquqi yardım və konsaltinq xidmətləri göstərilməsinə yönəlmişdir. Fəaliyyət sahələri cox şaxəlidir. Belə ki, hüquqi şəxslərin yaradılması, şirkətlərin fəaliyyəti üçün zəruri hüquqi sənədlərin hazırlanması, tərəfləri beynəlxalq və yerli hüquqi şəxslər olan ticarət müqavilələrinin hazırlanması müvəffəqiyyətlə təmin edilir. Biznesin təşkili sahəsində müştərilərimizə qanunvericiliyin tələbləri izah olunmaqla hüquqi problemlərin həllində əməli köməklik göstərilir, onlara bu fəaliyyətlə bağlı faydalı məsləhətlər verilir. Mübahisələrin məhkəməyə qədər həlli, həmçinin bütün məhkəmə instansiyalarında müvəkkillərin təmsili, hüquq və qanuni maraqlarının etibarlı müdafiəsi təşkil edilir. Firmanın hüquqşünaslarının tərtib etdiyi sənədlərin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmasına xüsusi əhəmiyyət verilərək,bu sahəyə ciddi diqqət yetirilir. “Arbitro” şirkəti fəaliyyəti dövründə müraciət edənlər üçün zəmanətin və güvənin ünvanı olmağı layiqincə bacarmışdır

Whatsapp
Arbitro
Arbitro
Salam! Siz Arbitro hüquq şirkətinə müraciət etmisiniz, sizə necə yardımcı ola bilərik?