Cinayət hüququ
-
-
Davam edən cinayətlər
Davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumu “Azərbaycan Respublikasının Cinayət-Prosessual məcəlləsində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” 27.12.2006-cı il tarixli qərarında müəyyən olunduğu kimi cinayət qanununda davam edən cinayətin anlayışının verilməməsini, hüquqda yalnız nəzəri anlayış kimi tanınmasını qeyd etmişdir. Konstitusiya məhkəməsinin qərarında göstərildiyi kimi qüvvədə olan Cinayət Məcəlləsində davam edən cinayətlərə anlayış verilməmişdir.
Hüquq ədəbiyyatında isə davam edən cinayətlərə aşağıdakı məzmunda anlayış verilir:
-Ümumi məqsədə yönələn, vahid niyyətlə əhatə olunan, müəyyən vaxt ərzində dəfələrlə törədilən oxşar (eyni növ) cinayət əməllərinin məcmusundan ibarət vahid cinayətdir. Bu anlayışa əsasən vahid cinayət kimi davam edən cinayətlərin aşağıdakı əlamətlərini fərqləndirə bilərik:
-Məcmuya daxil olan epizodların (əməllərin) hər biri ayrılıqda müstəqil cinayət əməli hesab edilir;
-Davam edən cinayətlərə daxil olan əməllər hüquqi baxımdan oxşar (eyni növ) cinayətlərdir;
-Məcmuya daxil olan bütün cinayət əməlləri ümumi vahid niyyətlə, müəyyən vaxt ərzində və dəfələrlə törədilir.
Davam edən cinayətlərə nümunə olaraq - təqsirkar şəxsin müəyyən zaman zərfində-müxtəlif vaxtlarda-dəfələrlə vahid niyyətlə eyni zərçəkmiş şəxsə məxsus əmlakı gizli olaraq talaması, yaxud da dələduzluq yolu ilə ələ keçirməsini göstərmək olar.
Hüquq ədəbiyyatında davam edən cinayətlərin ümumi niyyətlə əhatə olunan eyni növ cinayət əməllərindən (epizodlardan) sonuncunun törədilməsi ilə başa çatmış hesab edilməsi anlayışı müəyyən edilmişdir
Davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumu “Azərbaycan Respublikasının Cinayət-Prosessual məcəlləsində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” 27.12.2006-cı il tarixli qərarında müəyyən olunduğu kimi cinayət qanununda davam edən cinayətin anlayışının verilməməsini, hüquqda yalnız nəzəri anlayış kimi tanınmasını qeyd etmişdir. Konstitusiya məhkəməsinin qərarında göstərildiyi kimi qüvvədə olan Cinayət Məcəlləsində davam edən cinayətlərə anlayış verilməmişdir.
Hüquq ədəbiyyatında isə davam edən cinayətlərə aşağıdakı məzmunda anlayış verilir:
-Ümumi məqsədə yönələn, vahid niyyətlə əhatə olunan, müəyyən vaxt ərzində dəfələrlə törədilən oxşar (eyni növ) cinayət əməllərinin məcmusundan ibarət vahid cinayətdir. Bu anlayışa əsasən vahid cinayət kimi davam edən cinayətlərin aşağıdakı əlamətlərini fərqləndirə bilərik:
-Məcmuya daxil olan epizodların (əməllərin) hər biri ayrılıqda müstəqil cinayət əməli hesab edilir;
-Davam edən cinayətlərə daxil olan əməllər hüquqi baxımdan oxşar (eyni növ) cinayətlərdir;
-Məcmuya daxil olan bütün cinayət əməlləri ümumi vahid niyyətlə, müəyyən vaxt ərzində və dəfələrlə törədilir.
Davam edən cinayətlərə nümunə olaraq - təqsirkar şəxsin müəyyən zaman zərfində-müxtəlif vaxtlarda-dəfələrlə vahid niyyətlə eyni zərçəkmiş şəxsə məxsus əmlakı gizli olaraq talaması, yaxud da dələduzluq yolu ilə ələ keçirməsini göstərmək olar.
Hüquq ədəbiyyatında davam edən cinayətlərin ümumi niyyətlə əhatə olunan eyni növ cinayət əməllərindən (epizodlardan) sonuncunun törədilməsi ilə başa çatmış hesab edilməsi anlayışı müəyyən edilmişdir.
-
Törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxslərin məlumatları
Tədqiq edilən mövzu cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların qəbulunu ehtiva edir.
İlk öncə qeyd edilməlidir ki, nəzəri və praktiki olaraq ümumilikdə cinayət və və digər hadisələr haqqında məlumatlar fərqləndirilir. Cinayət və digər hadisələr haqqında məlumatlar fiziki şəxslərdən birbaşa, poçt və ya DİN-in “102” xidməti-zəng mərkəzi sistemi vasitəsilə daxili işlər orqanları (paytaxt və əyalət polis idarə, şöbələri) tərəfindən fasiləsiz olaraq qəbul edilməkdədir. Daxil olan cinayət və ya digər hadisələr haqqında məlumatlar daxili islər orqanlarında müvafiq qaydada qeydiyyata alınmaqla aidiyyəti üzrə ya prosessual araşdırma üçün (təhqiqatçı və ya müstəntiq) yönəldilir, yaxud da təhqiqat orqanı əməkdaşına həvalə olunmaqla ilkin yoxlanılma aparılması təmin edilir.
Cinayət haqqında məlumatın qeydiyyatı dedikdə - cinayət haqqında daxil olmuş məlumatda əks olunan informasiyanın qısa məzmununun qeyd nömrəsi qoyulmaqla müvafiq qeydiyyat kitabına daxil edilməsidir.
Cinayət haqqında məlumata isə umumi olaraq aşağıdaki kimi anlayış vermək mumkündür – fiziki şəxslərin aidiyyəti dövlət orqanlarına daxil olmuş törədilmiş və ya hazırlanan cinayət haqqında yazılı və ya şifahi ilkin məlumatları kimi özündə prosessual əhəmiyyətli cinayətin obyektiv cəhətinə dair əlamətləri əks etdirən, cinayət-prosessual qanunda təsbit edilməklə cinayət işinin başlanması üçün səbəb hesab edilən məlumatlarıdır.
Qüvvədə olan cinayət-prosessual qanunun 204.1.-ci maddəsinin tələbinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Şifahi məlumatın verilməsinə dair müvafiq vəzifəli şəxs (təhqiqatçı, müstəntiq və s.) ayrıca protokol tərtib edilir. Həmin protokolda məlumatı verən şəxsin inisialları və barəsində digər zəruri məlumatlar, eləcə də təqdim etdiyi şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar qeyd edilir.
Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat vermiş şəxs 16 yaşına çatmışdırsa ona bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət haqqında xəbərdarlıq edilir və həmin şəxs bunu öz imzası ilə təsdiq edir. Protokolu törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verən şəxs və məlumatı qəbul edən vəzifəli şəxs imzalayırlar.
Törədilmiş və ya hazırlanan cinayət haqqında imzalanmamış və ya saxta imza ilə imzalanmış, yaxud uydurma fiziki adından yazılmış ərizə və ya digər anonim məlumat cinayət işinin başlanması üçün səbəb kimi qəbul edilə bilməz.
Cinayət-prosessual məcəllənin 84.5.1-ci maddəsində prokurorun vətəndaşların törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlarının təhqiqat və ibtidai istintaq orqanları tərəfindən qəbulu və qeydiyyatına nəzarət etmək hüququ təsbit edilmişdir. Bu fakt isə özlüyündə vətəndaşların qeyd edilən ərizə və digər məlumatlarının aidiyyəti qurumun vəzifəli şəxsləri tərəfindən qəbulu və qeydiyyatından imtina edilməsindən prokurora şikayət hüququnu ehtiva edir.
-
Həbs qətimkan tədbiri:
Qüvvədə olan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 7.0.40-cı maddəsində həbsə aşağıdakı anlayış verilmişdir: Həbs – qətimkan tədbiri qismində bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təqsirləndirilən şəxsin azadlığını müvəqqəti məhdudlaşdırmaqla həbs yerlərində saxlanılmasıdır.
Qətimkan tədbiri qismində həbs CPM-nin 155.1-155.3-cü maddələrinin tələblərini nəzərə almaqla seçilə bilər. Həbs, ev dustaqlığı və girov yalnız məhkəmə qərarı əsasında və yalnız təqsirləndirilən şəxsin barəsində seçilə bilər.
CPM-nin 155.1-155.3-cü maddələrində aşağıdakı tələblər nəzərdə tutulmuşdur:
155.1.1.-cinayət prosesini həyata keçirən orqandan gizlənmək;
155.1.2.-cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normaı gedişinə mane olmaq;
155.1.3.-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq;
Həmçinin cinayət-prosessual qanunun 155.3-cü maddəsində həbs qətimkan tədbirinin aşağıdakı şəxsə tətbiq oluna biləcəyi nəzərdə tutulmuşdur:
155.3.1.-bu məcəllənin 155.1.1-155.1.3-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərin qarşısını almaq məqsədi ilə 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə;
155.3.2-cinayət prosesini həyata keçirən orqandan gizlənməsinin qarşısını almaq məqsədi ilə 2 (iki) ilədək müddətə azadlıqdan məhrum etmə növundə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə;
155.3.3-əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə
və ya hökmün icrasını təmin etmək məqsədilə barəsində azadlıqdan məhrum
etmə növündə cəza təyin edilmiş şəxsə.CPM-nin 159.7-ci maddəsində cinayət işinin məhkəməyədək icraatı zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddəti, bir qayda olaraq aşağıdakılardan artıq ola bilməz:
159.7.1.-böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə - 3 (üç) ay;
159.7.2.-az ağır cinayətlər üzrə - 7 (yeddi) ay;
159.7.3.-ağır cinayətlər üzrə - 10 (on) ay;
159.7.4.-xüsusilə ağır cinayətlər üzrə - 13 (on üç) ay.
Həmin məcəllənin 159.8-ci maddəsində cinayət işi üzrə məhkəməyədək icraat zamanı toplanmış materialların həcminin böyüklüyü və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu işin istintaqını gecikdirdiyi və başqa formada çətinlik yaratdığı müstəsna hallarda təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının
159.7-ci maddədə göstərilən son müddəti az ağır və ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə 6 (altı) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər.
Cinayət-prosessual qanunda həbsin qətimkan tədbiri qismində seçilməsi və ya seçilməsindən imtina edilməsi barədə məhkəmənin qərarından cinayət prosesinin tərəfləri (ittiham tərəfi protest, müdafiə tərəfi isə şikayət) apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilərlər. Apellyasiya instansiyası
məhkəməsinin bu məsələyə dair qərarı qətidir.
CPM-nin 157.8-ci maddəsində müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəmə tərəfindən seçilmiş həbs qətimkan tədbirinin tətbiqinə yalnız aşağıdakı hallarda xitam verə bilməsi nəzərdə tutulmuşdur:
157.8.1.-təqsirləndirilən şəxsin ağır xəstəliyi ilə əlaqədar həbsdə saxlanılmasının qeyri-mümkünlüyü barədə tibbi rəy olduqda;
157.8.2.-təqsirləndirilən şəxsin əməlinin böyük ictimai təhlükə törətməyən cinayət kimi tövsif edilməsi barədə qərar çıxarıldıqda. -
Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan şikayət hüququ:
Qüvvədə olan Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 212-cimaddəsində cinayət təqbi orqanı tərəfindən cinayət işi başlanması haqqında qərarın qəbul edilməsi əsasları, proseduru və qərar qəbulundan sonra şikayətlə bağlı görülə biləcək tədbirlər nəzərdə tutulmuşdur. CPM-nin 212.1.-ci maddəsində cinayət işinin başlanması üçün səbəblərin qanunsuz olduğu və ya əsasın olmadığı halda cinayət təqibi orqanının vəzifəli şəxsi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunması göstərilmişdir.CPM-nin 204, 205, 206, 208-ci maddələrində törədilmiş və ya hazırlanan cinayətlər haqqında fiziki və hüquqi şəxslərin, kütləvi informasiya vasitələrinin məlumatları, habelə belə məlumatların cinayət təqibi orqanı tərəfindən bilavasitə aşkar edilməsinin cinayət işi başlanması üçün səbəblər ola biləcəyi təsbit olunmuşdur. Cinayət-prosessual qanunvericiliyində törədilmiş və ya hazırlanan cinayətlər haqqında imzalanmamış, saxta imza ilə
imzalanmış, yaxud uydurma hüquqi şəxs adından yazılmış və ya digər anonim məlumatın cinayət işi başlanması üçün səbəb ola bilməyəcəyi müddəası əks
edilmişdir. Cinayət işinin başlanması üçün əsas isə cinayət tərkibi əlamətlərinin (yəni subyekt, subyektiv cəhət, obyekt, obyektiv cəhət) mövcudluğunu nəzərdə tutur.Hüquq ədəbiyyatında cinayət işinin başlanmasının rədd edilməsi haqqında prosessaul qərarın maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi onun qanunsuz hesab edilməsinin şərtləri olaraq qəbul edilmişdir.
Prosessual qərarın əsassız hesab edilməsi şərtləri kimi isə qərarın kifayət qədər əsaslandırılmaması, qərarla toplanmış ilkin yoxlama materialları əsasında uyğunsuzluqların aşkar olunması nəzərdə tutulmuşdur.
CPM-nin 212.2-ci maddəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmiş şəxs tərəfindən həmin qərarın surətinin 24 saat müddətində törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumat vermiş fiziki, hüquqi və ya vəzifəli şəxsə göndərilməsi təsbit olunmuşdur.
CPM-nin 212.3-cü maddəsində isə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət vermək hüququ nəzərdə tutulmuşdur.Bundan əlavə qeyd etmək lazımdır ki, CPM-nin 122-ci maddəsində cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesi iştirakçıları və digər şəxslər tərəfindən şikayət verilməsi müddəası əks olunmuşdur.
Həmin maddədə təhqiqatçının və ya müstəntiqinhərəkət və ya qərarlarından prokurora, prokurorun hərəkət və ya qərarından yuxarı prokurora, həmçinin CPM-nin 449.3-cü maddəsində nəzərdə tutulmuş qaydada sadalanan prosessual şəxslərin hərəkət və ya qərarlarından məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. -
İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan xırda talama inzibati xətası:
Bu gün təqdim edilən mövzu praktikada geniş rast gəlinən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş xırda talama inzibati xətasıdır. İXM-nin 227-ci maddəsində xırda talama əməlinə belə anlayış verilir – xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama.
Bu maddədə qeyd olunan anlayışların məzmununun açıqlanması ilə bağlı aşağıdakılar göstərilməlidir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) mülkiyyət əleyhinə olan cinayətlər fəslində - 177.1.-ci maddədə nəzərdə tutulmuş - oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayəti üzrə cinayət məsuliyyəti əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 500 manatdan yuxarı, həmin maddənin 2-ci və 3-cü hissələri ilə nəzərdə tutulmuş ağırlaşdırıcı hallarda isə 100 manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.
İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş digər anlayışlar mənimsəmə və ya israfçılıqdır ki, CM-nin 179.1-ci maddəsində mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama kimi müəyyən edilmişdir.
Qeyd olunan cinayət əməli üzrə cinayət məsuliyyəti əmlakın mülkiyyətçisi və ya digər sahibinə 500 manatdan yuxarı məbləğdə ziyan vurulduğu halda yaranır.
Xırda talama inzibati xətasında nəzərdə tutulmuş anlayışlardan biri də əməlin qulluq mövqeyindən sui-istifadə etməklə törədilməsidir. Hüquq ədəbiyyatında qulluq mövqeyindən sui-istifadə etmənin anlayışı CM-nin 308-ci maddəsinin qeyd hissəsində sadalanmış vəzifəli şəxslərin öz vəzifəli səlahiyyətlərindən qulluq mənafeyi əleyhinə istifadə etməklə özgə əmlakını talamaları kimi müəyyən olunmuşdur. Bu halda da cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisi və ya digər sahibinə 500 manatdan yuxarı məbləğdə ziyan vurulması tələb olunur.
Son anlayış dələduzluqdur ki, CM-nin 178.1.-ci maddəsində dələduzluğun açıqlaması etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi verilmişdir. Bu maddə ilə də cinayət məsuliyyəti yaranması üçün 500 manatdan yuxarı məbləğdə ziyan vurulması zəruri şərtdir.
Qeyd olunmalıdır ki, İXM-nin 227-ci maddəsinin qeydində bu maddədə göstərilən əməllərin CM-nin müvafiq maddələrinə əsasən məsuliyyətə səbəb olmadıqda tətbiq edilməli olduğu təsbit edilmişdir. Təsviri hissədə göstərildiyi kimi xirda talama inzibati xətası törədilməsi ilə bağlı məsuliyyət oğurluqda 500
manatadək, ağırlaşdırıcı hallarda isə 100 manadək, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluqda isə 500 manatadək məbləğdə ziyan vurulduğu hallarda yaranır.
Xırda talama izibati xətası qəsdən törədilən əməldir, məsuliyyətə cəlb etmə yaş həddi 16 yaşdır. İXM-nin 227-ci maddəsinin sanksiyasında 100 saatdan 240 saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin görülməsi kifayət sayılmadıqda isə 3 ayadək müddətə
inzibati həbs nəzərdə tutulmuşdur. -
İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan döymə inzibati xətası:
Bu gün təqdim edilən mövzu praktikada geniş rast gəlinən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə nəzərdə tutulmuş döymə inzibati xətasıdır. İXM-nin 157-ci maddəsində döymə əməlinə belə anlayış verilir – döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə.
Bu anlayışın məzmununun açıqlanması ilə bağlı qeyd edə bilərik ki, hüquq ədəbiyyatında döymə dedikdə zərərçəkmişin bədəninin müxtəlif nahiyyələrinə sistematik xarakter daşımayan çoxsaylı zərbələr vurulması anlaşılır.
Döymə inzibati xətasının anlayışında qeyd olunan sair zorakılıq hərəkətləri dedikdə isə fiziki aqrı yetirilməsinə yönələn hərəkətlər nəzərdə tutulur. (Bunlara aiddir – dişləmə, bədənin müxtəlif nahiyyələrini əzmə, çimdikləmə və s.)
Döymə inzibati xətası qəsdən törədilən əməldir. Bilindiyi kimi döyməinzibati xətasını törətməyə görə məsuliyyətə cəlb etmə yaş həddi 16 yaşdır. İXM-nin 157-ci maddəsinin sanksiyasında döymə inzibati xətasının törədilməsinəgörə 300 manatdan 500 manatadək cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 2 ayadək müddətə inzibati həbs tətbiq olunur.
İXM-nin 157-ci maddəsində həmçinin qeyd hissə nəzərdə tutulmuşdur ki, bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq (CM-nin 126, 127 və 128-ci maddələri) maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
Vətəndaşların döymə ilə bağlı müraciətləri əsasında Daxili İşlər orqanlarının istintaq və ixtisaslaşmış təhqiqat qurumlarında araşdırmalar aparılaraq, müvafiq məhkəmə-tibbi ekspertizası rəyi əsasında döymə inzibati xəta əlamətləri müəyyən edildikdə qəbul edilmiş prosessual qərarın surəti təqsirli şəxs barəsində inzibati tənbeh görülməsi üçün təhqiqat orqanına göndərilir.
-
Davam edən cinayətlər